Ukraynanın Poltova vilayətində "Urenqoy-Pomari-Ujqorod" boru kəmərində güclü partlayış olub.
Teleqraf.com xəbər verir ki, polis bölmələri və təcili yardım xidmətinin əməkdaşları dərhal hadisə yerinə gəlib.
Partlayış nəticəsində məntəqələrə qazın verilməsində fasilə yaranıb.
Rəsmilər hələlik partlayışın hansı səbəbdən baş verdiyini açıqlamayıb.
İlkin məlumatda hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.