ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Polesi demokrat konqresmenlerə göndərdiyi məktubda yanvarın 6-da Konqresə hücumda Donald Trampı ittiham edərək, onun impiçment prosesi ilə bağlı atacaqları addımı izah edib.
Teleqraf.com-un məlumatına görə, spiker Polesi bəyan edib ki, Konstitusiyanın 25-ci maddəsinin tətbiq edilməsi və vitse-prezident Mayk Pensin Donald Trampın səlahiyyətlərinin əlindən almasına başlaması üçün bu gün məclisdə qanun layihəsini gündəmə gətirəcək.
Sözügedən qanun layihəsinin qəbul edilib-edilməyəcəyinə baxacaqlarını qeyd edən Polesi yekdillik əldə edilmədiyi təqdirdə layihəni Nümayəndələr Palatasının Baş Məclisində qəbul edəcəklərini qeyd edib.
Qanun layihəsində vitse-prezident Pensin Trampı prezident səlahiyyətlərindən məhrum etməsi üçün 24 saat vaxt veriləcək. Bu müddətdə Trampın impiçmenti proseduruna Konqresdə strat veriləcək.
Polesi məktubunda Trampın impiçment edilməsinə dair səsvermənin nə zaman keiriləcəyinə dair konkret zaman göstərməsə də, bunun yanvarın 20-dən əvvəl olacağı ehtimal edilir.
ABŞ qanunlarına əsasən qanun pozuntularına görə, prezidentin vəzifəsindən alınmasıi prosesini Nümayəndələr Palatası başladır, impiçmenti prokurorluq tətbiq edir, Senat isə prezidentin günahkar olub-olmadığını müəyyən edən tərəf kimi çıxış edir.