2013-cü ilin fevral ayından həbsdə olan Azərbaycan Yeni Oyanış Hərəkatının sədri, siyasi məhbus Lətif Həsəni 8 il həbsdən sonra azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, yanvarın 10-da İran Apelliyasiya Məhkəməsinin qərarı ilə Lətif Həsəninin həbs cəzasının müddəti 9 ildən 6 il 8 ayadək azaldılıb.
Qərara görə, Lətif Həsəninin “ölkənin təhlükəsizliyini pozmaq üçün qanunsuz təşkilat yaratmaq” ittihamına görə aldığı 8 il həbs cəzası 6 ilə, “hökumətə qarşı təbliğat fəaliyyətlərində iştirak” ittihamına görə aldığı 1 il cəza isə 8 aya endirilib.
Lətif Həsəni yanvarın 11-də həbsxanada yıxılıb və nəticədə qolu sınıb. Əməliyyat olunan siyasi məhbus yanvarın 13-də azadlığa buraxılıb.
Lətif Həsəni Bakı Dövlət Universitetində beynəlxalq hüquq üzrə yüksək magistr və doktorantura dərəcəsi alıb. 2002-ci ildə Güney Azərbaycana qayıdıb.
2013-cü ildə müvafiq ittihamlar üzrə 9 il həbs cəzasına məhkum edilib.