Kanadanın baş naziri Stiven Harper Ottavada atışma hadisələrini pisləyib, baş verənləri "iyrənc" adlandırıb.
"Baş nazir.... bu mənfur hücumu pisləyib.... O, hökumətin və parlamentin işini davam etməsinin vacibliyini qeyd edib", Röyter agentliyi baş nazirin ofisinin bəyanatından sitat gətirir.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən məlumatına görə, Kanadanın paytaxtı Ottavada atışma oktyabrın 22-də çərşənbə günü səhər şəhərinin mərkəzində 3 istiqamətdə - milli hərbi memorialın yanında, parlamentdə və onun yaxınlığında, həmçinin "Rideau Centre ticarət mərkəzi ətrafında baş verib.
Hazırda üç nəfər xəsarət alan məlumdur. Polis digər şübhəli şəxslərin axtarışını aparır, şəhərin mərkəzi mühasirəyə alınıb. Şəhər sakinlərinə pəncərələri açmamaq və damların üstünə çıxmamaq tövsiyə olunub, çünki ehtimal edilir ki, basqınçılar evlərin damlarında gizlənə bilərlər.