17 Yanvar 2021 14:21
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib.

Teleqraf.com xəbər verir ki, ölkədə son sutka ərzində 23 586 nəfər virusa yoluxub, 481 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 568 209 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 65 566 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 960 431 şəxs virusdan sağalıb. Qeyd edilir ki, Rusiyanın bütün 85 bölgəsində koronavirusa yeni yoluxma halları aşkar edilib.

Müəllif: Teleqraf.com