Vaşinqton neft çıxarmaq üçün torpağın hidravlik üsulla partadılması ilə dünyaya zərər verir.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro öhökumətin iclası zamanı deyib. Onun sözlərinə görə, Venesuela hökuməti neft hasilatının bu üsulunu pisləyir.
Maduronun bu açıqlaması dünya bazarında neftin qiymətinə də təsirsiz ötüşməyib. Yayılan məlumatlarda bildirilir ki, OPEK ölkələrinin neft bazarında vəziyyəti qiymətləndirmək üçün yaxın günlərdə iclas keçirəcəyi gözlənilir.
Qeyd edək ki, neft və qaz hasilatı zamanı bu üsul quyuların işinin intensivləşdirilməsi üçün tətbiq edilir. Hidravlik üsulun tətbiqi 2013-ci ildə Ohayo bölgəsində güclü zəlzələlərə səbəb olub.
Samir