ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanın müxalifət lideri Aleksey Navalnının saxlanılması ilə əlaqədar açıqlama verərək rəsmi Moskvaya təpki göstərib.
Teleqraf.com xəbər verir ki, o, ABŞ hökumətinin müxalifət liderinin saxlanılmasını qınadığını bildirib.
“ABŞ Aleksey Navalnının tutulmasını şiddətlə qınayır. Biz Navalnının dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edirik”, - Pompeo vurğulayıb.
O, seçki prosesi zamanı Rusiyadakı bütün siyasi partiyalar və namizədlərə yer açılmalı olduğunu bildirib.
Qeyd edək ki, Aleksey Navalnı ötən gün axşam müalicə aldığı Almaniyadan qayıdarkən Moskva hava limanında saxlanılıb.