23 Oktyabr 2014 13:17
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kobaniyə göndərilən və boş əraziyə düşən iki yardım paketindən biri məhv edilib, digəri “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının əlinə keçib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Pentaqonun sözçüsü polkovnik Stiv Uorren verib. Onun sözlərinə görə, dünən göndərilən yardım paketləri səhvən İŞİD-in nəzarətində olan əraziyə düşüb:

“Dərhal aparılan araşdırmalardan məlum oldu ki, paketlərdən biri düşmənin əlinə keçib. Bundan sonra ikinci paket öz təyyarələrimiz tərəfindən məhv edildi”.

Uorren 26 paket yardımın isə suriyalı kürdlərə çatdırıldığını qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər