19 Yanvar 2021 13:43
2 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Afrika Respublikasının Banqassu şəhəri yaxınlığında qiyamçıların hücumunda BMT-nin sülhməramlı missiyasının 2 hərbçisi həlak olub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə BMT sülhməramlıları ilə qiyamçı qruplaşmalar arasında baş verən silahlı toqquşma zamanı qeydə alınıb.

Həlak olanlardan biri Qabondan, digəri Mərakeşdəndir.

Qiyamçı qruplaşmanın iki həftə əvvəl ələ keçirdiyi Banqassu şəhərinə nəzarət dünən keçirilən əməliyyatdan sonra yenidən ölkənin təhlükəsizlik qüvvələri tərəfindən geri alınıb.

Təxminən 80 faizi silahlı qrupların nəzarətində olan ölkədə qiyamçılar keçən ay paytaxt Banquyu ələ keçirmək üçün əməliyyata başlayıb. Hücumun qarşısını almaq istəyən MAR hökuməti Rusiya və Ruandadan hərbi yardım istəyib. Bu tələbdən sonra hər iki ölkə bölgəyə sülhməramlı qüvvələrini və döyüş texnikalarını göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər