23 Oktyabr 2014 15:17
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kobanidəki Kürd qüvvələri ilə İraq Şam İslam Dövləti (İŞİD) döyüşçüləri arasında toqquşmalar davam edir.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, İŞİD son həftələrdə ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin hava əməliyyatları nəticəsində Kobaninin şərqində itirdiyi mövqeni geri ala bilib.

Cənubdan və şərqdən şəhər mərkəzinə doğru irəliləməyə çalışan İŞİD döyüşçülərinin zərbələrinə suriyalı kürdlərdən ibarət olan Xalq Müdafiə Qoşunları (YPG) cavab verib.

Yayılan məlumatlara görə YPG qüvvələrinə Azad Suriya Ordusu döyüşçüləri də dəstək verib.

Samir


Müəllif: