Video əlavə olunub:
***
10:01
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Qreene yeni prezident Co Baydenə qarşı impiçment maddəsini palatanın gündəliyinə təqdim edib.
Teleqraf.com xəbər verir ki, demokratların üstünlük təşkil etdiyi Nümayədələr Palatasında Qrennenin təklifinin dəstək verməyəcəyi gözləniləndir.
Qeyd edək ki, seçkilərdən öncə Baydenin qələbə qazanacağı təqdirdə ona qarşı impicment tətbiq edilməsi üçün addım atacağını bildirən Qrenne verdiyi vədə əməl edərək hərəkətə keçib.
Nümayəndələr Palatasının üzvü Tvitterdəki paylaşımında qeyd edib ki, Bayden səlahiyyət gücünü pis istiqamətdə istifadə etdiyi üçün bu addımı atıb. O, buna misal kimi prezidentin oğlu Hinter Baydenin Ukraynadakı fəaliyyətini göstərib.
Demokratların üstünlük təşkil etdiyi Senat və Nümayəndələr Palatasında bu təklifin rədd ediləcəyi məlum olsa da, Respublikaçı Qrenne simvolik də olsa, vədinə əməl etdiyini nümayiş etdirib.
Qeyd edək ki, Nümayəndələr Palatasında sabiq prezident Donald Trampa qarşı qəbul edilən impiçment maddəsi Senata təqdim edilib.