Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Gürcüstana qeyri-rəsmi səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani rəsmi “Facebook” səhifəsində yazıb. Zalkaliani erməni həmkarı ilə Kaxeti bölgəsinin Tsinandali kəndində görüşüb.
Görüşdə Ermənistan və Gürcüstan xarici işlər nazirləri ölkələr arasındakı mehriban qonşuluq münasibətlərini, mövcud ikitərəfli əməkdaşlığın gündəliyini və əlaqələrin daha da dərinləşdirilməsi üzrə perspektivləri müzakirə ediblər.