23 Yanvar 2021 20:15
5 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyada post-Putin dönəminə aktiv hazırlıq gedir”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya yetkilisi Rusiyanın ictimai-siyasi həyatında baş verənlərə diqqət çəkib:

“Rusiyada bu il Dumaya seçki ilidir, çox maraqlı, hadisələrlə dolu bir il olacaq. Aydın görünür ki, siyasi, hərbi elitanın bir qismi Putindən bezib, Navalnıya kömək edirlər, onu Putinə qarşı “torpedo”ya çevirirlər, “Çar”ın evi üzərində uçuşa qadağa bölgədə dronla çəkiliş etmək, bir çox məsələlərlə bağlı dəqiq məlumatları əldə etmək təsadüf deyil. Bundan sonra Putinə qarşı yeni kompromatlar ötürüləcək, yeni sensasiyaların şahidi olacağıq.

Artıq gənc nəsil də yetişib ki, onlar Rusiyanı başqa cür görürlər, onlar daha çox avropalıdırlar, Putin rejimi sıxdıqca bu əks-effekt verir”.

Natiq Cəfərli müxalifət lideri Aleksey Navalnının ciddi siyasi obraza çevrildiyini söyləyib:

“Navalnı artıq şəxs deyil, obrazdır, alətdir, simvoldur, onun seçkiyə əsaslanmış dəyişiklik taktikası çox doğrudur. Əslində post-sovet məkanı üçün də örnəkdir. İstənilən halda seçkini boykot etmək ən mənasız iş olduğu bir daha sübut olundu.

Rusiyada post-Putin dönəminə aktiv hazırlıq gedir, biz də bunu anlamalı, daxili və xarici siyasətdə bu amili nəzərə almalıyıq. Kremldə kimin oturmağından asılı olmayaraq Şimaldan təhlükələr həmişə olacaq - deməli, daha güclü, daha dayanıqlı, daha demokratik olmağa borcluyuq ki, təhlükələri önləyə bilək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər