25 Yanvar 2021 12:12
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyanın rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri zamanı memorandum imzalanıb.

Teleqraf.com xəbər verir ki, erməni nazirin rəhbərlik etdiyi nümayəndə heyəti İranda bu ölkənin sənaye, mədən və ticarət naziri Əlirza Razmhossein və İran Mərkəzi Bankının sədri Abdolnasser Hemmati ilə görüşüb.

Görüş zamanı tərəflər arasında memorandum imzalanıb.

Erməni mediası bildirir ki, görüşlər zamanı İran tərəfindən dövlət qurumlarının və iqtisadiyyat sahəsi üzrə çoxsaylı nümayəndələr iştirak edib.

Müzakirələrdə ikitərəfli iqtisadi əlaqələrin bütün istiqamətləri və fərdi proqramlar məsələsinə toxunulib.

Erməni nmayəndə heyəti səfər zamanı "Mammut" istehsal kompleksinə və "Cinnagen" əczaçılıq şirkətinə baş çəkib.


Müəllif: Cavad

Oxşar xəbərlər