25 Yanvar 2021 21:39
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Baş naziri Narendra Modiyə yaxın şəxs, təqaüddə olan general Gaqandeep Bakşı Yunanıstan və Hindistanın Egey dənizində təlimlər keçirə biləcəyini bəyan edərək, Hind donanmasının tez bir zamanda Egey dənizinə göndərilməsinin vacibliyini bildirib.

Teleqraf.com xatırladır ki, son günlər Pakistan-Türkiyə münasibətlərini daima gündəmə gətirən yunan mediası bu gün təqaüddə olan hindli general Bakşıdan müsahibə yayımlayıb.

Təqaüddə olan general Yunanıstan və Hindistanın Eget dənizində birgə hərbi təlimlər keçirə biləcəyini qeyd edib.

Hindistan baş nazirinə yaxın olan general Türkiyəni tənqid edərək Hindistan donanmasının tez bir zamanda Egey dənizinə göndərilməsi təklifini müdafiə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər