İsveçdə iki qadına təcavüz etdiyi ortaya çıxan keşiş həbs edilib.
Teleqraf.com xəbər verir ki, müxtəlif vaxtlarda qadınlarla qarşı təcavüz törədən keşiş həyat yoldaşının polisə şikayətindən sonra saxlanılıb.
Rahibin əvvəlcə 2018-ci ildə Uppsala şəhərində yerləşən göldə bir qadına, daha sonra Stokholmda başqa bir qadına təcavüz etdiyi bildirilib.
Keşişdən alınan DNT-nin təcavüzə məruz qalan qadından götürülmüş nümunəyə uyğun gəldiyi açıqlanıb. Yanvarın 23-də saxlanılan keşiş ötən gün həbs edilib.