Şimali Koreya mütəxəsislərinin Qərbdən koronovirus vaksini məlumatlarını oğurlayaraq, öz peyvəndlərini hazırladıqları iddia olunur. İddialara görə, Şimali Koreya vaksini sınaqların üçüncü mərhələsindədir.
Teleqraf.com xəbər verir ki, "Daily NK" saytına müsahibə verən və adını gizli saxlayan şəxs Şimali Koreya hakerlərinin Qərb dərman şirkətlərindən məlumatları ələ keçirdiyini, ölkə alimlərinin COVID-19 vaksini hazırladığını və onun insanlara tətbiq etməyə başlandığını bildirib.
Qeyd edək ki, Şimali Koreya bu günə qədər ölkədə koronavirusa yoluxma halının qeydə alınmadığını bildirirdi.