Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 500 mindən çox artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilir.
Ötən sutka ərzində 500 985 nəfər yeni koronavirusa yoluxub, 13 915 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 101 561 219, ölənlərin isə 2 196 944 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 25 512 197 nəfər. Siyahıda daha sonra Hindistan (10 733 131), Braziliya (9 058 687), Rusiya (3 832 080), Böyük Britaniya (3 743 738), Fransa (3 102 215), İspaniya (2 705 001), İtaliya (2 529 070), Türkiyə (2 464 030) Almaniya (2 205 171), Kolumbiya (2 067 575) və Argentina (1 905 524) gəlir.