Rusiyalı müxalifətçi Aleksey Navalnının xanımı Yuliya Navalnaya Moskvada icazəsiz aksiyada iştirakına görə saxlanılıb.
Teleqraf.com xəbər verir ki, onub vəkili Svetlana Davıdovanın sözlərinə görə, Y.Navalnaya Yeni Moskvadakı “Şerbinski” polis bölməsinə aparılıb.
Xatırladaq ki, Y.Navalnaya yanvarın 23-də Puşkin meydanındakı aksiya zamanı da saxlanılmışdı. Həmin vaxt o, polis bölməsinə aparılmış və protokol tərtib edilmədən sərbəst buraxılmışdı.