1 Fevral 2021 23:42
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan müdafiə naziri, ordu generalı Nikos Panayotopulos ölkəsinin ötən ilin yay aylarında üç dəfə Türkiyə ilə silahlı qarşıdurma vəziyyətinə çatdığını iddia edib.

Teleqraf.com xəbər verir ki, yunan nazir ötən il Aralıq dənizinin şərqində gərginliyin pik həddə qalxdığını bildirib.
“Yay aylarında davamlı olaraq ayıq-sayıq idik. Orduda üç dəfə ümumi səfərbərlik elan edildi. Hərbi dəniz donanması səfərbərliyin mərkəzində dayanmışdı, çünki donanma Aralıq dənizinin şərqində yerləşir və bir çox hallarda Türkiyə donanmasına yaxınlaşdı. Hərbi təyyarələrdən sərhəd bölmələrinə qədər bütün silahlı qüvvələrimiz hər cür gəlişməyə hazır idi”, - Panayotopulos söyləyib.

Yunan nazir hadisələrin sonrakı axarında tərəflər arasında gərginliyin getdikcə azaldığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər