ABŞ tarixinin ən gücsüz prezidenti Barak Obamadır.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhaninin baş müşaviri Əli Younesi bildirib. Onun sözlərinə görə, Obama son vaxtlar çoxlu uğursuzluqlarla üzləşib:
“Obama ABŞ-ın ən zəif prezidentidir. Prezidentlik dövründə bir çox alçaldıcı məğlubiyyətlər aldı. Onun rəhbərliyi zamanında terrorizm geniş vüsət alıb. Bu səbəbdən o İranla razılaşmaq istəmir”.
Yousen nüvə danışıqlarına toxunaraq, nikbin olmadığını ancaq hər iki tərəfindən də son nəticəni gözlədiklərini deyib.
Samir