Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, nazirlər Yeni Strateji Silahların Azaldılması Razılaşmasının (New START) uzadılmasına diqqət çəkiblər.
Dövlət katibi Rusiyanın nüvə silahları və Çinin böyüyən nüvə təhdidi ilə bağlı ayrıca nüvə silahlarına nəzarət anlaşmasının bağlanmasını lazım olduğunu bildirib.
Blinken eyni zamanda Rusiyada həbsdə olan Paul Vhelan və Trevor Reed daxil olmaqla ABŞ vətəndaşlarının azadlığa buraxılmasına dair Vaşinqtonun çağırışını yeniləyib.
Dövlət Departamenti bildirir ki, Blinken bir sıra mövzularla yanaşı Rusiyanın 2020-ci il seçkilərinə müdaxiləsini, Ukrayna və Gürcüstandakı hərbi təcavüzü, Aleksey Navalnının zəhərlənməsi və vaksin məsələsini gündəmə gətirib.