9 Fevral 2021 15:17
2 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada dramatik bir hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, Kvinslend ştatının Brisben şəhərində ölmək üzrə olan 74 yaşlı bir xəstənin son istəyi təcili yardım heyəti tərəfindən yerinə yetirilib.

Sosial şəbəkələrdə paylaşılan fotolarda xərək üzərində uzanan xəstənin sahilə gətirildiyi görünür. Adı açıqlanmayan xəstənin son dəfə okeanı görmək istədiyi deyilib.

Xəstə adamın istəyi ölkəsinə duyğusal anlar yaşadıb.

Sosial şəbəkə istifadəçiləri yaşlı adamın arzusunu yerinə yetirən Kvinslend Təcili Yardım Xidmətinə təşəkkür ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər