11 Fevral 2021 09:05
1 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkələr 2040-cı ilədək Paris Sazişində nəzərdə tutulan hədəflərə çatmaq üçün iqlim öhdəliklərini artırsalar, hər il milyonlarla insanın həyatını xilas etmək olar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Lancet” tibbi jurnalının yayımladığı bir araşdırmada bildirilib.

Araşdırmaya görə, ölkələrin qlobal istiliyi 2 dərəcədən aşağı qoruyub saxlamaq məqsədinə uyğun olaraq, iqlim planlarını qəbul etdikləri təqdirdə bunun insanların səhhətinə çox müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.

Tədqiqat çərçivəsində araşdırılan ABŞ, Almaniya, İngiltərə, Braziliya, Çin, İndoneziya, Cənubi Afrika Respublikası, Hindistan və Nigeriya dünya əhalisinin 50 faizini və qlobal emissiyaların 70 faizini təşkil edir. Yəni, bu ölkələrin iqlim dəyişikliyi ilə mübarizəyə verdikləri töhfə bəyanatları Paris Sazişinin məqsədlərinə çatmaq üçün kifayət deyil. Mövcud vəziyyətdə qlobal temperatur artımının 3 dərəcədən çox olması riski var.

Milli töhfə bəyanatlarının gücləndirilməsi iqlim dəyişikliyinin təsirlərini birbaşa azaltmaqla yanaşı, dolayı yolla insanların zərərli çirklənmələrə daha az məruz qalmalarını, qidalanmanın yaxşılaşdırılmasını və təhlükəsiz fiziki aktivliyin artmasını təmin etməklə bərabər, insanların səhhətlərinə də müsbət təsir göstərir.

Sağlamlığa üstünlük verən və Paris Sazişinin məqsədlərinə çatan siyasətlər qəbul edildikdə, tədqiqat çərçivəsində araşdırılan 9 ölkədə 2040-cı ilədək hər il yaxşılaşdırılacaq qidalanma sayəsində 5.8 milyon, təmiz hava sayəsində 1.6 milyon, artan təhlükəsiz fiziki aktivlik sayəsində 2.1 milyon insanın həyatının xilas ola biləcəyi proqnozlaşdırılır.

Daha iddialı ssenarilər tətbiq edildikdə isə sıralamaya uyğun olaraq 462, 572 və 943 min ölümün qarşısını almaq mümkün olacaq.

Məlumata görə, meyvə, tərəvəz, paxla və ləbləbidən qidalanmanın az olması, üstəgəl, qırmızı ətin həddindən artıq istehlakı ciddi sağlamlıq probleminin artmasına şərait yaradır. Sözügedən qlobal pəhriz qəbul edildiyi zaman ölümlərin 30 faizinin qarşısının alınması mümkün olacaq.

Qeyd edək ki, ölümlərin 22 faizi qırmızı ətin həddindən artıq istehlakına görə baş verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər