24 Oktyabr 2014 22:25
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Universitetində "İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının tərəfdarı və əleyhidarı olanlar arasında kütləvi dava baş verib.

Teleqraf.com-un Türkiyənin “Dogan” agentliyinə istinadən məlumatına görə, fərqli siyasi baxışların daşıyıcısı olan tələbələr arasında mübahisə sonradan açıq savaşa çevrilib.

Hadisəyə müdaxilə edən polis davada iştirakçı olan 17 nəfəri saxlayıb. Saxlanılan şəxslər “Müsəlman tələbələri təhqir edənlər cavabsız qalmayacaq” deyərək, AKP iqtidarı əleyhinə şüarlar səsləndiriblər.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər