Bu gün İsveçin yeni xarici işlər naziri Marqot Valstrem xarici jurnalistlər üçün mətbuat konfransı keçirib. Mətbuat konfransı çərçivəsində Marqot Valstrem Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində İsveçin fəallaşmasının mümkünlüyü barədə suala cavab verib.
Marqot Valstrem deyib: “Mən Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında açıq dialoqun davam etdirilməsini vacib sayıram, çünki bu, problemin dinc həllinin rəhnidir. Həmçinin qeyd etmək istəyirəm ki, bu münaqişəyə cəlb olunmuş insanların hüquqları böyük əhəmiyyət kəsb edir. Bu gün biz görürük ki, bir çox hadisələr dünyanın bu hissəsində baş verir.
Odur ki, bizim mövqeyimiz bu ərazidə münaqişələri və problemləri daha dərindən öyrənməkdən ibarət olacaqdır. Bu məqsədlər üçün biz region ölkələri ilə yaxşı əlaqələr və daha sıx dialoq yaratmaq istərdik".