Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının son statistikasını açıqlayıb.
Teleqraf.com təşkilatın rəsmi səhifəsinə istinadən xəbər verir ki, son 24 saat ərzində dünya ölkələrində virusa yoluxanların sayı 410 876 nəfər artıb. Nəticədə ümumi yoluxanların sayı 107 838 255 nəfərə çatıb.
Son sutkada müalicə alan 12 958 pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Bütövlükdə 2 373 398 nəfər pandemiya qurbanı olub.
ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.
Dünyada ən çox yoluxma halı ABŞ (27 122 583), Hindistan (10 892 746) və Braziliyada (9 713 909) qeydə alınıb.