14 Fevral 2021 11:58
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada dəniz quldurları tərəfindən qaçırılan və 21 günlük girovluqdan sonra onların əlindən xilas edilən “Mozart” gəmisinin 15 nəfərlik türkiyəli heyəti İstanbula gətirilib.

Teleqraf.com xəbər verir ki, gəmiçiləri İstanbul hava limanının VİP salonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onların ailə üzvləri qarşılayıblar.

Əsarətdən xilas olan dənizçilərin adları da açıqlanıb: Kaptan Mustafa Kaya, Adil Alkan, Mesut Meral, Hamza Orhan, İlyas Baş, Mustafa Benklioğlu, Gökhan Lale, Erdi Akman, Halil Gülçür, Gökhan Buran, Alper Şeker, Vedat Aksan, Doğancan Cengil, Melih Çetin ve Ünsal Dilsiz.

Xatırladaq ki, yanvarın 23-də dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “Motsart” gəmisinə hücum etmişdilər.

Gəminin 19 heyət üzvündən 15-i girov götürülmüş, azərbaycanlı mühəndis Fərman İsmayılov isə həlak olmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər