ABŞ Prezidenti Co Baydenlə İran və Fələstin mövzularında fərqli fikirlərə malikik.
Teleqraf.com bildirir ki, bu sözləri İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin “Kanal 12” televiziyasına verdiyi açıqlamada deyib.
Baydenin hakimiyyətə gəlməsindən 4 həftə keçməsinə baxmayaraq onu axtarmadığını xatırladan Netanyahu əlavə edib ki, Baydenlə 40 illik münasibətləri və dostluğu var: “Bir-birimizi tanıyırıq”.
ABŞ Prezidenti Baydenlə bir çox mövzularda həmfikir olduğuna diqqət çəkən Netanyahu əlavə edib ki, İran və Fələstin mövzularında fərqli fikirlərə malikik.
Xatırladaq ki, Ağ Evin sözçüsü Jen Psaki fevralın 11-də bəyan etmişdi ki, Prezident Bayden yaxın günlərdə Baş nazir Binyamin Netanyahu ilə görüşəcək. Ancaq indiyə qədər belə bir görüş baş tutmayıb.