17 Fevral 2021 12:42
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Qara bölgəsində 13 Türkiyə vətəndaşını vəhşicəsinə qətlə yetirməsinə baxmayaraq, Avropa və Rusiyadan PKK terror təşkilatına dəstək azalmır.

Teleqraf.com xəbər verir ki, PKK tərəfdarları terrorbaşı Abdullah Öcalanın həbsinin 15-ci ildönümünü bəhanə gətirərək Fransa, Rusiya, Avstriya, Norveç, Almaniya, Finlandiya, İsveç, İtaliya və Belçikada aksiyalara başlayıblar.

Sözügedən ölkələr PKK-nı terror təşkilatı kimi tanısalar da, aksiyalara müdaxilə etməyiblər.

Fransanın Marsel şəhərində stendlər açan terrorçular, eyni zamanda Draqinyanda təbliğat vərəqələri paylayıblar.

Yunanıstanın Lavrio şəhərində də terrorçuların çağırışı ilə yürüş keçirilib. Əllərində PKK bayraqları Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Terroristlər Avstriyanın paytaxtı Vyana və Norveçin paytaxtı Osloda afişalar asaraq velosiped yürüşü təşkil ediblər.

Rusiyanın paytaxtı Moskvada PKK adına aksiya keçirb mətbuat konfransı keçirən terrorçular Almaniyanın Hannover şəhərində də özlərini göstəriblər. PKK tərəfdarları Türkiyənin bu şəhərdəki konsulluğunun binası önündə aksiya keçiriblər. Terrorçuların yaydığı açıqlamada Türkiyə açıq şəkildə hədələnib.

Cənubi Kiprin Limosol, Finlandiyanın Helsinki, İsveçin Stokholm, İtaliyanın Roma, Almaniyanın Şuttqart və Berlin, Belçikanın Brüssel şəhərləri də terrorçuların əl-qolunu sallayaraq küçələrə çıxdıqları məkanlar arasındadır.

Küçə etirazlarına əlavə olaraq, Avropanın nüfuzlu nəşrləri terror təşkilatının təbliğatı üçün ödənişli səhifələrini açıblar. Danimarkanın “Politiken”, Fransanın “La Marseillaise”, İngiltərənin “Walden Reporter”, “Inlington” və “Hackney Gazette” kimi nəşrləri terror təşkilatının təbliğat materiallarını yayımlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər