“İranın əldə olunan nüvə razılaşması əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Eduard Prays deyib.
Onun sözlərinə görə, İran üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaqla yanlış istiqamətdə hərəkət edir:
“İran səhv yoldadır. Bizim İranın nüvə sazişi çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin nüvə obyektlərinə baxış keçirməsinə son qoyacağı və nüvə müqaviləsinin şərtlərinin icrasını dayandıracağı ilə bağlı təhdidlərindən xəbərimiz var. Hesab edirik ki, İran bu kimi təhdidlərdən əl çəkməli, üzərinə götürdüyü öhdəliklərin icrasını davam etdirməlidir. Mənim isə sizə yaxşı xəbrim odur ki, İranın atdığı bütün bu addımlardan geri çəkilməsi mümkündür. Bir daha bildiririk ki, mövbcud gərginliyin aradan qaldırılması üçün diplomatik yolu hələ də açıqdır”.
Prays qeyd edib ki, İran atdığı addımlardan geri çəkilməsə, bununla bağlı müvafiq tədbirlər görüləcək.