NATO Rusiya ilə münasibətlərin donunu açmağa hazırdır.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bunu NATO-nun informasiya bürosunun direktoru Robert Pşel deyib.
Onun sözlərinə görə, əsas şərt rəsmi Moskvanın Ukrayna böhranın həlli üçün beynəlxalq hüquq qarşısında öhdəlikləri yerinə yetirməsidir: “Rusiya Ukraynanın suverənliyinin bərpası üçün əlindən gələni edəcəyinə söz verib. Hazırda Rusiya öz nüfuzundan istifadə edərək Ukrayna ilə sərhəddən silah-sursat keçirir”.
Pşel Moskvanın NATO üçün "arzuolunan tərəfdaş" olduğunu qeyd edib: "Əsas problem Rusiyanın özünü tərəfdaş kimi aparmamasındadır".
Samir