ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri iqlim dəyişikliyinin ən pis nəticələrindən yaxa qurtarmaq üçün cəmi 9 il qaldığını deyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı danışıb.
“Alimlər 3 il əvvəl bizə iqlim böhranının ən pis nəticələrindən qaçınmaq üçün 12 ilimizin olduğunu söylədilər. Üç il keçdi, indi yalnız 9 ilimiz var” - Kerri bildirib.
Kerri iqlim böhranı ilə mübarizə üçün radikal tədbirlərə ehtiyacın olduğunu söyləyib.
O, Çin, Rusiya, Hindistan və Yaponiya da daxil olmaqla dünyanı ən çox çirkləndirən ölkələrə çağırış edib.