22 Fevral 2021 14:28
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın paytaxtı Tripolidə ölkənin qanuni hökumətinin Daxili işlər naziri Fəthi Başaqa edilən sui-qəsdin görüntüləri ortaya çıxıb.

Teleqraf.com xatırladır ki, Milli Birlik Hökumətinin Daxili işlər naziri Başaqa şəhərin küçələrindən keçərək qaldığı evə gedərkən sui-qəsdə məruz qalıb.

Nazir evinə gedərkən şəxsiyyəti müəyyən olmayan silahlı şəxslərin hücumuna məruz qalıb, onun olduğu avtomobilə hücum edilib. Buna baxmayaraq o sui-qəsddən sağ çıxa bilib.

Sui-qəsd cəhdindən sonra silahlı qarşıdurma qeydə alınıb. Bu zaman nazirin mühafizəçilərindən biri yaralanıb. Hücum edənlərdən isə bir nəfər öldürülüb, iki nəfər əsir alınıb.


Müəllif: Cavad

Oxşar xəbərlər