ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2019-cu ildə Vyetnamın paytaxtı Xanoyda Şimali Koreya lideri Kim Çen Inla görüşmüşdü.
Teleqraf.com xəbər verir ki, BBC sözügedən görüşlə bağlı ilginc məqamları üzə çıxarıb.
Telekanalın təqdim etdiyi sənədli filmdə Trampın Kim Çenə verdiyi maraqlı bir təklifdən bəhs olunub.
Trampın dövründə Milli Təhlükəsizlik Şurasının Asiya İdarəsinin direktoru vəzifəsində işləmiş Metyu Pattinger bu görüşdə Trampın ABŞ prezidentinin təyyarəsi ilə Şimali Koreya liderini evinə aparmağı təklif etdiyini söyləyib.
Pattinger oradakı bütün diplomatların bu təklifdən şoka düşdüklərini deyib: “Prezident Tramp Kimin Xanoya Çindən keçərək qatarla gəldiyini bilirdi. Orada Kimə “İstəsən, səni iki saata evinə apara bilərəm” təklifini verdi. Kim təşəkkür edərək, bundan imtina etdi”.