26 Oktyabr 2014 07:55
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tunisdə çoxpartiyalı sistemin tətbiqi ilə ilk şəffaf parlament seçkiləri keçiriləcək. Ümumi seçkilər üçün səsvermə prosesi səhər saat 7.00-da başlayacaq və axşam 18.00-a qədər davam edəcək. 24 vilayətdəki 27 seçki bölgəsində meydana gətirilən mərkəzlərin bəzilərində isə səsvermə müddətinin bir neçə saat daha uzadıla biləcəyi ifadə olunur.

Üç həftəlik seçki kampaniyaları sona çatarkən 1956-cı ildə müstəqilliyinə qovuşan ölkədə xalq, ilk dəfə demokratik şərtlərdə ediləcək seçki üçün sandığa getmənin həyəcanını yaşayır. Təxminən 11 milyon əhaliyə sahib ölkədə 5 milyon 200 min seçicinin öz səsvermə hüququndan istifadə etməsi gözlənilir.

Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, Seçkilərdə Nahda Partiyası, Tunisin Səsi Partiyası, Respublika üçün Konqress Partiyası, Demokratiya üçün Birlik, Azadlıq və İş üçün Demokratiya Birliyi, Respublika və Vəfa Hərəkatının iştirak etdiyi 69 siyasi partiyadan 1326 namizəd millət vəkili seçilə bilmək üçün yarışacaq. Bu seçkilərdən sonra millət vəkilləri ilk dəfə hökumətə etimad göstərmə səlahiyyətinə sahib olacaq.

Tunis Seçki Komissiyası tərəfindən səsvermə prosesinin sona çatmasının açıqlanmasıyla səslərin sayılmasına keçiləcək. Rəsmi nəticələrin bir həftə ərzində açıqlanması gözlənilir. Seçkilər 11 min yerli və xarici müşahidəçi tərəfindən yaxından izləniləcək.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər