24 Fevral 2021 00:39
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Vahid Millət Hərəkat partiyasının lideri Nika Meliyanın xüsusi təyinatlılar tərəfindən həbs olunmasından sonra müxalifətin hakimiyyətə qarşı mübarizəsinin qələbə ilə bitəcəyini qeyd edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün Feysbuk səhifəsində yazıb.

“Hər cür siyasi mübarizə metodundan istifadə etməyi öyrənməliyik. Özümüzü və cəmiyyəti müdafiə etməyi bacarmalıyıq. Mübarizəmizi mütləq qələbəyə aparmalıyıq və buna tamamilə əminəm”, - Saakaşvili qeyd edib.

Onun sözlərinə görə, bu gün baş verənlər soyqırımdır, Gürcüstan hakimiyyətinin ölkəni tamamilə məhv etmək istəyindən irəli gəlir.

Bu gün xüsusi təyinatlılar Nika Meliyanı tutub. Bundan sonra müxalifət yeni etiraz dalğasının başladığını elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu