ABŞ Ermənistandakı bütün tərəfləri təmkinli olmağa çağırır və hesab edir ki, ordu daxili siyasətə qarışmamalıdır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prais mətbuat konfransında bəyan edib.
“Biz bütün tərəfləri təmkinli olmağa və kəskinləşməyə səbəb ola biləcək hər hansı bir hərəkətdən çəkinməyə, həmçinin şiddətdə yol verməməyə çağırırıq. Bütün tərəflərə demokratiyanın sarsılmaz prinsipini - bir dövlətin silahlı qüvvələrinin daxili siyasətə qarışmaması lazım olduğunu xatırlatırıq”, - deyə Dövlət Departamentinin sözçüsü bildirib.
Sözçü əlavə edib ki, ABŞ Ermənistandakı mövcud hadisələri çevriliş cəhdi hesab edib-etməyəcəyi barədə hələ bir qərar verməyib.