27 Oktyabr 2014 09:43
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müvəffəqiyyətli seçkilərə görə, ukraynalıları təbrik edirəm. Ölkədə böyük əksəriyyətin Avropaya inteqrasiya tərəfdarı olduğu bir daha bəlli oldu" – deyə, sosial şəbəkədə tanınmış Rusiya siyasətçisi Boris Nemsov yazıb.

O, həmçinin, qeyd edib ki, ilkin nəticələrə görə, seçkidə qalib gələn siyasi birliklərdən hər hansı birinin əlində parlamentə nəzarət paketi yoxdur: Ona görə razılaşmaq və koalisiyanı yaratmaq lazım olacaq. Bu doğru seçimdir və ölkənin demokratik vektorlu inkişafına zəmanət verir".

Teleqraf.com-un məlumatına görə, Nemsov vurğulayıb ki, kommunistlərlə yanaşı, Sağ Sektorun da parlamentə düşə bilməməsi ukraynalıların azad, demokratik seçimdə çox diqqətli olduğuna işarədir: “Ağrılı islahatlar və yenilənmiş ölkənin qurulması irəlidədir. Çox çətin olacaq, amma mən ümid edirəm ki, sizdə alınacaq".

Milli exit-poll-un nəticələrinə görə, Ali Radada Poroşenko Bloku, Xalq Cəbhəsi, "Samopomiç", "Müxalifət bloku", Radikal Partiya, "Azadlıq", "Batkivşina" təmsil olunacaqlar.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər