8 Mart 2021 23:43
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada koronavirusun Braziliyada aşkarlanan ştammına ilk yoluxma halı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Salzburq federal torpağının hökumətindən bildiriblər.

Məlumata əsasən, yoluxma halı Salzburq şəhərində aşkarlanıb: "Bu günə qədər Salzburq səhiyyə orqanları P.2 virusunun Braziliya variantına bir yoluxma təsdiqləyiblər".

Bildirilir ki, bu ştamma digər yoluxma halları qeydə alınmayıb.


Müəllif: Teleqraf.com