Türkiyə ilə bağlı tez-tez təxribata imza atan Yunanıstanın “Pentapostagma” qəzeti bu dəfə daha da irəli gedib.
Teleqraf.com xəbər verir ki, nəşr Yunanıstanın Türkiyəni İsrail silahları ilə vuracağını iddia edib.
Afinanın Fransadan “Rafale” qırıcıları almasından və “F-16”ları modernizasiya etməsindən sonra Aralıq dənizinin şərqində və Egeydə balansı öz xeyrinə dəyişdiyini iddia edən qəzet bildirib ki, bununla yanaşı, İsraillə isti münasibətlərdən Türkiyəyə qarşı istifadə olunmalıdır.
Mənbə Baş nazir Kiriakos Miçotakisin “Dəmir günbəz” sistemləri almaq üçün İsraillə danışıqlara başladığını bildirib.
Qəzet Yunanıstanın İsraildən alacağı hava hücumundan müdafiə sistemləri ilə vuracağını yazıb.