11 Mart 2021 22:57
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los Angeles Ali Məhkəməsinin şəhid Baş konsulumuz Kemal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsini şiddətlə qınayırııq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

“Kaliforniya qubernatoru Qavin Nyusomun bu qərardan apellyasiya şikayəti verməməsini isə hüquq çərçivəsindən kənar hərəkət kimi qiymətləndiririk”-deyə, məlumatda bildirilib.

Xatırladaq ki, Türkiyə Respublikasının ABŞ-ın Los Angeles şəhərindəki Baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən 28 yanvar 1982-ci ildə qətlə yetirilib.

Saxlanılan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib, istintaqdan yayına bilən K.Saliba isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər