Qırğızıstan və Özbəkistan liderlərinin bu il martın 11-12-də Daşkənddə baş tutan görüşündə tarixi anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Caparovun özbək həmkarı Şavkat Mirziyoyevlə rəsmi görüşündə liderlər ilk dəfə rus yox, türk dilində danışıblar.
Son illərdə Orta Asiyanın türk respublikalarında rus-kiril əlifbasının əvəzinə latın əlifbasının istifadəsinə dair qərarların verildiyi məlumdur. Ötən ay Özbəkistan hökuməti latın əlifbasına tədricən keçid üçün yol xəritəsini ehtiva edən qərarı təsdiqləyib.
Qərara görə, 1 yanvar 2023-cü il tarixindən etibarən ölkədəki bütün müəssisə və təşkilatların fəaliyyətləri və rəsmi yazışmaları kiril əlifbası əvəzinə latın əlifbası ilə aparılacaq.
Qazaxıstan Milli Əlifba Komissiyası da, yanvar ayında 2023-2031-ci illərdə ölkədə mərhələli şəkildə istifadəsinə başlanılacaq latın hərflərinə uyğunlaşdırılmış yeni qazax əlifbasını təqdim edib.