15 Mart 2021 17:23
2 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ABŞ raketlərinin Asiya-Sakit Okean bölgəsində yerləşdirilməsi ilə bağlı açıqlamasından sonra Yaponiya mediası nüvə silahlarını xatırladıb.

Teleqraf.com xəbər verir ki, Yaponiyanın “Emiuri simbun” qəzeti nüvə güclərinin bölgədə üz-üzə qaldığını yazıb.

“Rusiya xarici işlər naziri Yaponiyada bu cür raketlərin yerləşdirilməsinin Moskva tərəfindən maraqlarına qarşı yeni və ciddi təhlükə kimi qəbul ediləcəyinə diqqət çəkdi. Həqiqətən ABŞ-ın bu cür addımları qlobal və regional sabitliyin pozulmasına səbəb olan amillərdən biri ola bilər”, - nəşr qeyd edib.

Mənbə Rusiyanın ABŞ-ın qarşısını almaq üçün müvafiq addımlar ata biləcəyini, bunun da təkcə bölgə üçün yox, ümumilikdə bütün dünya üçün ciddi təhlükə kəsb edəcəyini yazıb.

Zaxarova bundan əvvəl bildirib ki, ABŞ Asiya-Sakit Okean bölgəsində orta və qısamənzilli raketlərin yerləşdirməsinə qərar versə, Rusiya milli təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək. O, belə bir ssenarinin heç bir halda ABŞ və müttəfiqlərinin təhlükəsizliyini gücləndirməyəcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər