28 Oktyabr 2014 00:27
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tunisdə ötən bazar günü keçirilən parlament seçkilərində dünyəvi siyasi qüvvələr üstünlük qazanıb. Teleqraf.com-un BBC-nin rus xidmətinə istinadən məlumatına görə, ölkədə ən böyük siyasi təşkilat sayılan İslam yönümlü “Ən-Nəhda” partiyası artıq məğlubiyyətini etiraf edib.

Bu, Tunisdə prezident Abidin Ben Əlinin devrilməsi ilə nəticələnən "ərəb baharı"ndan sonra keçirilən ilk parlament seçkiləridir.

Seçkilər Tunisin demokratiyaya keçidində əhəmiyyətli məqam hesab edilir. Seçki kampaniyasında təhlükəsizlik məsələləri və iqtisadi problemlər əsas təbliğat və müzakirə mövzusu olub.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər