17 Mart 2021 18:17
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mediapart” adlı fransız nəşrində Fransa ordusundakı nasist simpatizanlarının fotoşəkilləri dərc olunub.

Teleqraf.com xəbər verir ki, fotolar ölkədə etirazlara səbəb olub.

Fransa vətəndaşları hökuməti bütün dəlillərə baxmayaraq iddiaları rədd etdiyi üçün sərt bir şəkildə tənqid ediblər.

Fransa ordusunun əsgərlərinin nasizmə simpatiyasının olduğunu sübut edən fotoları dərc edən nəşr görüntülərin Nikita H. adlı bir qadın gizir tərəfindən 2019-cu ilin dekabrında çəkildiyini yazıb.

Qayanada qanunsuz qızıl axtarışları ilə məşğul olan “Harpie” adlı təşkilatda yer aldığı bildirilən hərbçilərin bir qisminin nasizm simpatizanları olduğu iddia edilib. Sosial şəbəkələrdə ən azı 50 hərbçinin bu cür fotoşəkillərinin paylaşıldığı bildirilib.

İddia ölkədə qəzəb ab-havası yaratdığı vaxt, vətəndaşların tənqidlərinə cavab verən Fransa Müdafiə Nazirliyi bütün iddiaların əsassız olduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər