28 Oktyabr 2014 09:17
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Türkmən mahalı olan Tuzhurmatuda törədilən terror aktında biri uşaq olmaqla iki nəfər ölüb, 16 nəfər yaralanıb.

Publika.az-ın məlumatına görə, hadisə Molla Safər məhəlləsində baş verib. Naməlum şəxslər tərəfindən motosikletə qoyulan bomba partladılıb.

Xəstəxanaya aparılan yaralıların əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir. Onlardan bir neçəsinin vəziyyəti ağır olduğundan Kərkük Dövlət Xəstəxanasına göndərilib.


Müəllif:

Oxşar xəbərlər