Türkiyənin Kilis rayonuna Suriyadan atılan raketlər düşüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, Kilisə düşən iki raket YPG/PKK terror təşkilatının nəzarət etdiyi Tel-Rıfat bölgəsindən atılıb.
Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb.