“İran bölgənin təhlükəsizliyini təhdid edir”.
Teleqraf.com xəbər verir ki, bunu Parisdə israilli həmkarı Reyven Rivlinlə görüşündə Fransa Prezidenti Emmanuel Makron deyib.
O, İranı məsuliyyətli olmağa, nüvə anlaşmasının şərtlərini yerinə yetirməyə çağırıb:
“Bölgənin təhlükəsizliyi təhdid olunur. İran bununla bağlı müəyyən addımlar atmalı və məsuliyyətli olmalıdır. İran öz məqsədlərindən əl çəkməli və nüvə anlaşmasına geri qayıtmalıdır”.