ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu Don Tramp dövlət başçısı Co Baydenin təyyarəyə qalxarkən yıxılmasını ələ salıb.
Teleqraf.com xəbər verir ki, o bu barədə Tvitterdə yazıb.
O, Baydenin külək səbəbi ilə üç dəfə yıxıldığına şübhə etdiyini bildirib və qeyd edib ki, həmin vaxt külək onu yıxacaq qədər güclü olmayıb.
Kiçik Tramp həmin gün küləyin sürətinin saatda 14 mil (saniyədə 6.2 metr) olduğunu göstərən hava proqnozunun ekran görüntüsünü yayımlayıb.
“Bayden. Bəli, külək! Prezident əla formadadır”, - Don yazıb.
Ağ Ev ABŞ Prezidenti Co Baydenin o gün yıxılmasına güclü küləyin səbəb olduğunu iddia edib.